Dişlər insan orqanizminin daim qulluq tələb edən üzvlərindən biridir. Tibb inkişaf etdikcə ağız boşluğu, dişlərin strukturu, xəstəlikləri və müalicəsi ilə məşğul olan peşəkar həkimlərə ehtiyac duyulur. Dr. Ümit Tok öz sahəsinin təcrübəli mütəxəssislərindəndir.
İstanbul Universitetinin stomatologiya fakültəsinin məzunu olan Dr. Ümit Tok estetik stomatologiya sahəsində Türkiyənin tanınmış həkimlərdən biridir. O, estetik stomatologiyada laminat, sirkonium və keramik örtüklər kimi implant protezlər sahəsində professionallaşıb. Dr. Ümit Tok, həmçinin “Dent360” klinikasının təsisçilərindən biridir. “Dent 360” klinikasında ağız və diş sağlamlığını qorumaq və bərpa etmək üçün ən müasir avadanlıqlardan və ən son müalicə üsullarından istifadə edilir. İstanbulda yerləşən klinika diş sağlamlığı ilə bağlı 97 nəfərdən ibarət peşəkar heyəti ilə yerli və xarici vətəndaşlara xidmət göstərir.
Əməkdaşları milli və beynəlxalq konfranslara qatılaraq təkmilləşən klinika, Avropa və dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz edilib. Stomatoloji klinika olaraq, “Dent360” həm terapevtik, həm də estetik xidmətlərin geniş spektrini təklif